Azərbaycan millisinin sabiq üzvlərinə ömürlük cəza – Danışılmış oyunlara görə

Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarının sabiq üzvləri Ziyadxan Məmmədov və Qvanzav Maqomedov Rusiyada futboldan ömürlük kənarlaşdırılıblar.

Komanda.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, buna onların danışılmış oyunların təşkilində iştirakı səbəb olub. İddiaya görə, hazırda “Yesentuki”də çıxış edən qapıçı Məmmədov və klubun sabiq rəhbəri Maqomedov bir neçə şəxslə əlbir olaraq, II Liqada keçirilmiş “Salyut” (Belqorod) – “SKA-Xabarovsk-2” görüşünün nəticəsini manipulyasiya ediblər. Ötən il oktyabrın 20-də oynanılmış qarşılaşma Belqorod təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Danışılmış oyunda əli olan şəxslərlə bağlı cinayət işi açılacaq.

Xatırladaq ki, Ziyadxan 2013-2015-ci illərdə Azərbaycanın U-17 və U-19 yığmalarında, Qvanzav isə U-21 millisində çıxış edib. 28 yaşlı qolkiper müxtəlif vaxtlarda “Neftçi”, “Zirə” və “Zaqatala”nın da formasını geyinib. 29 yaşlı veteran müdafiəçi isə “Şahdağ”, “Zirə”, AZAL, “Bakı”, “Səbail”, “Sabah” və “Sumqayıt”ın şərəfini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button