Azərbaycan millisinin sabiq hücumçusu özünə yeni klub tapdı
Azərbaycan millisinin keçmiş üzvü Əli Qurbaninin yeni klubunun adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, o, karyerasını İranın “Paykan” komandasında davam etdirəcək.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qurbani ilə 6 aylıq müqavilə imzalanıb.
33 yaşlı hücumçu “Fulad”dan ayrıldıqdan sonra klubsuz qalmışdı.
Qurbani Azərbaycan yığmasında 8 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin