Azərbaycan millisinin sabiq futbolçusu “Hapoel”də

İsrailin “Makkabi” (Petah-Tikva) komandasından ayrılan Azərbaycan millisinin və “Sumqayıt”ın sabiq futbolçusu Əli Babayevin yeni klubu müəyyənləşib.

Komanda.az xəbər verir ki, o, “Hapoel” (Ramat-Qan) klubuna keçib. Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

31 yaşlı yarımmüdafiəçi yeni klubu ilə 1.5 illik müqavilə imzalayıb.

Təcrübəli oyunçu daha əvvəl İsrail mətbuatına açıqlamasında yenidən “gənclik şəhəri” təmsilçisinə qayıda biləcəyini istisna etməmişdi.

Qeyd edək ki, 2018-ci ildə “Sumqayıt”da çıxış etmiş Əli Babayev Azərbaycan millisinə də dəvət alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button