Azərbaycan millisinin sabiq futbolçularına təşəkkür plaketi təqdim olundu

İsveçə qarşı AÇ-2024-ün seçmə mərhələ oyunundan əvvəl Azərbaycan millisinin sabiq üzvlərinə təşəkkür plaketi təqdim olub.

Komanda.az xəbər verir ki, peşəkar karyeralarını 2023-cü ildə sonlandırmış Əfran İsmayılov, Rauf Əliyev, Ruslan Abışov, Elvin Məmmədov, hazırda İkinci Liqada “Şahdağ Qusar”da forma geyinən Rahid Əmirquliyev və yığmada çıxışını başa vurmuş Riçard Almeydaya plaketlə yanaşı, Azərbaycan millisinin forması verilib.

Tədbirdə AFFA-nın baş katibi Sərxan Hacıyev, gənclər və idman naziri Fəriq Qayıbov iştirak ediblər.

Abışov hazırda ölkə xaricində olduğu üçün mərasimə qatılmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button