“Daha çox xal toplaya bilərdik” – Yurçeviç yenə bizdən danışdı
Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Xorvatiya mətbuatına müsahibə verib.
Komanda.az xəbər verir ki, 53 yaşlı mütəxəssis, Azərbaycan yığmasının AÇ-2020-nin seçmə mərhələsindəki çıxışını dəyərləndirib:
“Biz rəqiblərimiz üçün əlverişsiz idik. Seçmə mərhələnin sonunadək daha çox xal toplaya bilərdik. Azərbaycanda oyunçular bazası reytinqimizi nəzərə alsaq, keyfiyyətlidir. Çempionat baxımından isə 8 komanda var idi və 40-dək oyunçu arasından 20-25-ni seçməli idik. Düşünürəm ki, sıçrayışdan məmnun olmalıyıq. Amma Macarıstanda son dəqiqələrdə təmiz qolumuz oğurlandı. Xorvatiya, Uels və elə Macarıstanın özünün necə uyğunsuz vəziyyətə düşdüyünü görməyə dəyərdi”.
Yurçeviç 2019-cu ilin fevralından dekabrna qədər Azərbaycan yığmasını çalışdırıb. Onun rəhbərliyi altında milli AÇ-2020-nin seçmə mərhələsində 8 oyunda 1 xal toplayıb.
Bizi Facebook-da izləyin