Azərbaycan millisinin reytinq turnirində iştirak edəcək heyəti açıqlanıb

Güləş üzrə Azərbaycan millisinin Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək reytinq turniri üçün heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasından (AGF) Komanda.az-a verilən məlumata görə, iyunun 1-dən 4-dək baş tutacaq yarışda yığmanın 11 idmançısı mübarizə aparacaq.

“Bişkek Arena”da iyunun 2-də Jalə Əliyeva (57 kq) və Elis Manolova (62 kq) baş məşqçi Semyon Çterevin rəhbərliyi altında çıxış edəcəklər.

Növbəti iki gündə baş məşqçi Xetaq Qazyumovun rəhbərliyi altında sərbəst güləşçilər xalçaya çıxacaqlar. İyunun 3-də Maqomedxan Maqomedov (97 kq) yarışa qoşulacaq. Turnirin son günündə Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev, Əli Rəhimzadə (hər ikisi 65 kq), Turan Bayramov, Xadjimurad Qadjiyev, Cəbrayıl Qadjiyev (hamısı 74 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmagomedov (92 kq) güləşəcəklər.

Görüşlər hər gün Bakı vaxtı ilə 08:30-da başlayacaq. Medallar uğrunda görüşlərə saat 16:00-da start veriləcək.

Bişkekdə 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button