Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya millisi yığmamızla oyun üçün heyətində dəyişiklik edib.

Komanda.az xəbər verir ki, bu barədə İrlandiya Futbol Federasiyası məlumat yayıb.

Baş məşqçi Stiven Kenni hücumçu Kallum Robinson, yarımmüdafiəçi Alan Braun və Liam Skeylzi heyətə daxil edib. Onlar zədə səbəbindən yığmadan kənarlaşdırılan Dara O`Şi və Natan Kollinzi əvəzləyiblər.

Sentyabrın 4-də Dublindəki “Avivo” stadionunda keçiriləcək İrlandiya – Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button