Azərbaycan millisinin rəqibinin heyəti açıqlandı

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisiylə bir qrupda yer alan Slovakiyanın heyəti açıqlanıb.

Komanda.az Slovakiya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Paval Hapal Macarsıtan və Uelslə oyunlar üçün 24 futbolçuya dəvət göndərib:

Qapıçılar: Martin Dubravka (“Nyukasl”, İngiltərə), Matuş Kozaçik (“Viktoriya”, Çexiya), Marek Rodak (“Roterham”, İngiltərə);

Müdafiəçilər: Peter Pekarik (“Herta”, Almaniya), Lukaş Ştetina (“Sparta”, Çexiya), Lyubomir Şatka (“Dunayska Streda”, Çexiya), Milan Skriniar (“İnter”, İtaliya), Denis Vavro (“Kodan”), David Hançko (“Fiorentina”, İtaliya), Mixal Şiplak (“Krakoviya”, Polşa);

Yarımmüdafiəçilər: Patrik Qroşovski (“Viktoriya”, Çexiya), Stanislav Lobotka (“Selta”, İspaniya), Yan Qrequş (“Minnesota Yunayted”, ABŞ), Yuray Kuçka (“Parma”, İtaliya), Matuş Bero (“Vitess”, Hollandiya), Marek Hamşik (“Dalyan İfan”, Çin), Andrey Duda (“Herta”, Almaniya), Martin Xrien (“Santa Klara”, Meksika), Albert Ruşnak (“Real Solt Leyk”, ABŞ), Robert Mak (“Zenit”, Rusiya), Yaroslav Mixalik (“Jilina”), Miroslav Stoç (“Slaviya”, Çexiya);

Hücumçular: Mixal Duriş (“Anortosis”, Kipr), Pavol Şafranko (“Dandi Yunayted”, Şotlandiya).

Slovakiya millisi martın 21-də Macarıstanla, 24-də isə Uelslə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button