Azərbaycan millisinin rəqibində yeni baş məşqçi

AÇ-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının yeni baş məşqçisi məlum olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Belçika Kral Futbol Assosiasiyasının mətbuat xidməti Domeniko Tedeskonun millini çalışdıracağını elan edib.

38 yaşlı mütəxəssis AÇ-2024-ün sonuna qədər müqavilə imzalayıb. O, bu postda DÇ-2022-dən sonra istefaya göndərilən Roberto Martinesi əvəz edib.

Azərbaycan millisi seçmə mərhələnin F qrupunda Belçika ilə sentyabrın 9-da Bakıda, noyabrın 19-da isə Brüsseldə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button