Azərbaycan millisinin rəqibində 3 futbolçu koronavirusa yoluxdu

Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi ilə qarşılaşacaq İsveçrənin U-21 yığmasında 3 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə yerli federasiyasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, Jeremi Gelyemenot, Dan Ndoye və Caspes van der Verfin koronavirus tesi pozitiv nəticələnib. Komandanın digər üzvlərinin nəticəsi neqativ olub.

İsveçrə – Azərbaycan oyununa saat 22:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button