Azərbaycan millisinin rəqibi yoxlama oyunu keçirəcək

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda yer alan Xorvatiya yığması yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, son dünya çempionatının gümüş mükafatçısı mayın 31-də Xorvatiyanın “Omis” klubu ilə üz-üzə gələcək.

Klub yüzüncü ildönümü ilə əlaqədar yığmaya oyunla bağlı müraciət edib. Federasiya və millinin baş məşqçisi Zlatko Daliç təklifi müsbət cavablandırıb.

Baş məşqçi Zlatko Daliç federasiyanın rəsmi saytına qarşılaşma ilə bağlı fikirlərini də söyləyib: “Omis”lə matçı səbrsizliklə gözləyirik. İvan Perisiç daxil olmaqla Xorvatiya komandasına bir neçə oyunçu verən klubun 100 illiyini qeyd etdiyimiz üçün məmnunuq. Bir az daha erkən bir araya gələcəyimiz üçün Uelslə matça hazır olacağıq”.

Qeyd edək ki, Xorvatiya yığması seçmə mərhələdəki növbəti matç üçün mayın 29-da bir araya gələcək. Komanda E qrupundakı ikinci oyununu iyunun 8-də Uelsə qarşı keçirəcək. Yığma bundan 3 gün sonra Tunislə yoldaşlıq görüşündə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button