Azərbaycan millisinin Qazaxıstanla görüşünün yeri və başlama vaxtı açıqlanıb
Azərbaycan futzal millisinin DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla keçirəcəyi səfər oyununun yeri və başlama saatı açıqlanıb.
Komanda.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş oktyabrın 11-də Astanadakı “Jekpe-Jek Arena”da təşkil olunacaq.
Oyunun start fiti saat 18:00-da səslənəcək.
Bu arena 2019-cü ildə istifadəyə verilib. İdman qurğusunda bir neçə idman növü üzrə beynəlxalq yarışlar və festivallar keçirilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin