“Azərbaycan millisinin problemi başqadır” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu (1:1) şərh edib.
Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları deyib:
“Düşünmürəm ki, komandam pis oynadı. Fasilə dönəmində milli komandanın oyunçuları bizimlə deyildi. Həm də iki mərkəz yarımmüdafiəçimiz sıralarımızda deyildi. Məncə, hücumları bitirmə zonasında daha diqqətli olmalıyıq. Daha çox qollar vurmalıyıq. Çünki epizodları qola çevirmədikdən sonra qollar buraxa bilərik. Qarşıda bizi çətin ay gözləyir. Çoxlu və vacib oyunlar var. Qarşıdakı zamanda daha diqqətli olmalıyıq. Məncə, komandam yaxşı oynayır.
Eddi İsrafilov mövsümün son oyunlarında bizə kömək edə biləcək. Özü də buna inanır. Bu mövsüm bitdikdən sonra o, əməliyyat keçirə bilər. Artıq bizim fiziki hazırlıq məşqçimizlə məşqə başlayıb. Ümid edirəm ki, tezliklə sıralarımıza dönəcək.
Məncə, oyunçularım yaxşı formadadır. Millinin komandanın heyətinə nəzər salsaq, orada “Qarabağ”, “Sabah” və “Neftçi”dən oyunçular var.
Məncə, Azərbaycan milli komandasının problemi başqadır. Əminliklə deyə bilərəm ki, oraya gedən futbolçuların hər biri yaxşı formada olurlar”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin