Azərbaycan millisinin potensial rəqibi Uqandaya uduzdu

Futbol üzrə Azərbaycan milli komandasının UEFA Millətlər Liqasındakı potensial rəqibi olan Moldova yığması yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Sergey Kleşenkonun çalışdırdığı kollektiv Uqanda seçməsi ilə qarşılaşıb.

Moldovalılar ilk hissədən sonra hesabda öndə olsalar da, qələbə hesabını qoruya bilməyiblər. İkinci yarıda iki top buraxan komanda yekunda 2:3 hesabı ilə uduzub.

“Keşlə”nin qapıçısı Stanislav Namaşko bu oyunun iştirak ərizəsinə salınsa da, meydana çıxmayıb.

Moldova millisi Qazaxıstana qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 2-ci qrupunda mübarizə aparacaq.

Azərbaycan yığması C Liqasının 3-cü qrupunda Slovakiya, Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button