Azərbaycan millisinin Portuqaliya ilə oyunlar üçün heyəti bəlli oldu

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi oyunlar üçün heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, oktyabrın 21-də təlim-məşq toplanışına başlayacaq millimiz ayın 25-də, saat 16:00-da Portuqaliya yığmasını Mərdəkandakı “Liv Bona Dea Arena”da qəbul edəcək.

Bundan 4 gün sonra, Bakı vaxtı ilə saat 23:45-də Vizela şəhərindəki eyniadlı stadionda cavab görüşü baş tutacaq.

Milliyə dəvət olunan futbolçuların adlarını sizə təqdim edirik:

  1. Aytac Şərifova – Hakkarigücü (Türkiyə)
  2. Nərgiz Əliyeva – Fatih Vətən (Türkiyə)
  3. Günay İsmayılova – Neftçi
  4. Aysun Əliyeva – Neftçi
  5. Nigar Mirzəliyeva – Zenit (Rusiya)
  6. Nərgiz Hacıyeva – Aktobe (Qazaxıstan)
  7. Manə Mollayeva – Neftçi
  8. Fidan Cəfərova – Neftçi
  9. Yeliz Acar – Fatih Vətən (Türkiyə)
  10. Kamilla Məmmədova – Okjetpes (Qazaxıstan)
  11. Vüsalə Seyfəddinova – Neftçi
  12. Firəngiz Teymurova – Neftçi
  13. Jalə Məhsimova – Bəylərbəyi Spor (Türkiyə)
  14. Peritan Bozdağ – Fatih Vətən (Türkiyə)
  15. Nazlıcan Parlak – Qalatasaray (Türkiyə)
  16. Coşqunə Əliyeva – Neftçi
  17. Sevinc Cəfərzadə – Krasnodar (Rusiya )
  18. Kristina Bakarandze – Qalatasaray (Türkiyə)
  19. Ayşən Əhmədova – Krılya Sovetov (Rusiya)
  20. Alina Dorofeyeva – Yenisey (Rusiya)
  21. Diana Məmmədova – Yenisey (Rusiya)
  22. Milana Rəhimova – Ünyespor (Türkiyə)
  23. Vüsalə Hacıyeva – Ünyespor (Türkiyə)
  24. Ayşən Salamzadə – Neftçi

Ayşən Salamzadə oktyabrın 25-də keçiriləcək Azərbaycan – Portuqaliya oyunundan sonra 17 yaşadək qızlardan ibarət millinin düşərgəsinə qoşulacaq. U-17 Avropa çempionatının seçmə mərhələsinin qrup mərhələsində, oktyabrın 30-da Serbiya, noyabrın 3-də isə Lüksembuq seçməsi ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button