Azərbaycan millisinin oyununun başlama vaxtı dəyişdirildi

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin UEFA Millətlər Liqasında Monteneqro ilə keçirəcəyi oyunun saat 17:00-da başlaması gözlənilir.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

“Liv Bona Dea Arena”dakı oyun saat 15:00-da start götürməli idi. Amma qeyri-sabit hava şəraiti ilə əlaqədar matçın iki saat gec başlaması qərara alınıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button