Azərbaycan millisinin oyununa hakim təyinatları açıqlanıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Lüksemburq – Azərbaycan oyununun hakim təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Dezire Qrundbaxerin yardımçıları Mattias Sbrissa və Qiyom Mayr olacaq. Dördüncü hakim funksiyasını isə Anojen Kanaqasinqam yerinə yetirəcək.

Oyun sentyabrın 6-da, saat 21:30-da Eş-syur Alzett şəhərində yerləşən “Emil Mayriş” stadionunda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button