Azərbaycan millisinin oyunlarının təqvimi məlum oldu
Voleybol üzrə kişi və qadınlar arasında Avropa olimpiya təsnifat turnirlərinin ev sahibləri və yarışların keçirilmə vaxtları dəqiqləşib.
Komanda.az Azərbaycan Voleybol Federasiyasının “facebook” səhifəsinə istinadən xəbər verir ki, qadın voleybolçulardan ibarət Azərbaycan millisinin də oynayacağı şəhər və qrup müəyyənləşib. Hollandiyanın Apeldorn şəhərində baş tutacaq turnir 7-12 yanvar 2020-ci il tarixlərinə təsadüf edəcək. 8 ölkənin mübarizə aparacağı yarış Tokio-2020 Yay Olimpiya Oyunlarına Avropadan son iştirakçının adını müəyyənləşdirəcək. Bu “səkkizlik” isə axırıncı qitə çempionatının nəticələrinə əsasən bəlli olub.
Azərbaycan millisi A qrupunda Hollandiya, Bolqarıstan və Polşa millilərinə qarşı oynayacaq. B qrupunda isə Türkiyə, Almaniya, Xorvatiya və Belçika milliləri öz gücünü sınayacaqlar. Turnirin qalibi olimpiadaya bilet sifariş edəcək.
Kişilərin mübarizəsi isə yanvarın 5-10-da Almaniyanın paytaxtı Berlində baş tutacaq. Burda ev sahibləri ilə yanaşı, Belçika, Bolqarıstan, Çexiya, Fransa, Hollandiya, Serbiya və Slovakiya gücünü yoxlayacaq.
Azərbaycan millisinin oyunlarının təqvimi:
A qrupu
07.01.2020
19:00. Polşa – Bolqarıstan
22:30. Azərbaycan – Hollandiya
08.01.2020
22:30. Bolqarıstan – Hollandiya
09.01.2020
19:00. Bolqarıstan – Azərbaycan
22:30. Hollandiya – Polşa
10.01.2020
23:00. Polşa – Azərbaycan
B qrupu
07.01.2020
16:00. Almaniya – Türkiyə
08.01.2020
16:00. Xorvatiya – Türkiyə
19:00. Belçika – Almaniya
09.01.2020
16:00. Belçika – Xorvatiya
10.01.2020
16:30. Almaniya – Xorvatiya
19:30 Türkiyə – Belçika
Final mərhələsi
11.01.2020
20:15 A1 – B2
23:45. B1 – A2
12.01.2020
20:30. Final
Bizi Facebook-da izləyin