
Azərbaycan millisinin oyunlarının təqvimi açıqlandı
Dünya çempionatının seçmə mərhələsində çıxışını davam etdirən çimərlik futbolu üzrə Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız ilk görüşünü bu gün İspaniyaya qarşı keçirəcək.
Sabah və birigün isə qrupdakı digər rəqiblər müvafiq olaraq Rusiya ilə İsveçrə olacaq.
Pley-off mərhələsinin oyunları və mükafatlandırma mərasimi iyulun 27-də keçiriləcək.
24 iyul
19:45. Azərbaycan – İspaniya
25 iyul
21:00. Rusiya – Azərbaycan
26 iyul
18:30. Azərbaycan – İsveçrə
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin