
Azərbaycan millisinin müdafiəçisi İrlandiya ilə oyunu buraxacaq
Azərbaycan millisi İrlandiyaya qarşı keçirəcəyi 2022-ci il dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Bəhlul Mustafazadə zədəli olduğü üçün yığmanın düşərgəsindən ayrılıb.
Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçına saat 20:00-da start veriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin