Azərbaycan millisinin Monteneqro ilə matçının hakimləri açıqlanıb

UEFA Millətlər Liqasının C4 qrupunun Azərbaycan və Monteneqro qadın komandaları arasında Bakıda keçiriləcək açılış turunun oyununu idarə edəcək hakimlər müəyyənləşib.

Komanda.az xəbər verir ki, baş hakim Tatyana Sorokopudova olacaq. Ona yan xətt hakimləri kimi Nargis Maqau və Dinara İdrisova kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Elvira Nurmustafina yerinə yetirəcək. Hakimlər briqadası Qazaxıstanı təmsil edir.

Azərbaycan – Monteneqro oyunu fevralın 21-də “Liv Bona Dea Arena”da keçiriləcək və saat 15:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button