Azərbaycan millisinin Macarıstan və İsveçrə ilə matçlarının hakimləri açıqlanıb
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, B Liqasının I qrupu çərçivəsində iyulun 12-də Bakıda Macarıstanla baş tutacaq görüşü Xorvatiyadan, iyulun 16-da Lozannada İsveçrə komandası ilə keçiriləcək qarşılaşmanı isə Slovakiyadan olan hakimlər briqadası idarə edəcək:
12 iyul
Azərbaycan – Macarıstan
Liv Bona Dea Arena. Saat 20:00
Baş hakim: Jelena Pejkoviç
Baş hakimin köməkçiləri: Sanja Rodjak-Karşiç, Gordana Katuşiç
Dördüncü hakim: Jelena Kumer
(Hakimlər briqadası Xorvatiyadandır)
16 iyul
İsveçrə – Azərbaycan
Olimpik De La Pontez stadionu. Saat 21:00
Baş hakim: Miriama Boçkova
Baş hakimin köməkçiləri: Miroslava Pastorekova, Aleksandra Varqova
Dördüncü hakim: Zuzana Valentova
(Hakimlər briqadası Slovakiyadandır)
Son iki tur ərəfəsində Azərbaycan milli komandası 4 xalla dördüncü yerdə qərarlaşıb. İsveçrə 9 xalla birinci, Türkiyə 6 xalla ikinci, Macarıstan isə 4 xalla üçüncü pillədədir.
Bizi Facebook-da izləyin