Azərbaycan millisinin keçmiş futbolçusunun soyadı “Wi-Fi” parolu ilə müqayisə edildi

Məşhur futbol platforması “433” “Napoli”nin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın fotosunu dərc edib və onun uzun soyadı ilə zarafatlaşıb.

Komanda.az xəbər verir ki, portal gürcü yarımmüdafiəçinin adını mürəkkəb “Wi-Fi” parolu ilə müqayisə edib:

“Wi-Fi” parolu aparatın arxasında yerləşir. Routerin arxa tərəfi…”

Kvaratsxeliya özü paylaşımın altına gülən emoji qoyub.

Xviça bu mövsüm 15 oyun keçirib, 7 qol vurub və 8 məhsuldar ötürmə edib.

Gürcü futbolçu əvvəllər Azərbaycan millisində forma geyinmiş Badri Kvaratsxeliyanın oğludur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button