Azərbaycan millisinin keçmiş futbolçusu vəfat etdi – 34 yaşında
Azərbaycan millisinin keçmiş futbolçusu Şəhriyar Rəhimov vəfat edib.
Komanda.az xəbər verir ki, keçmiş müdafiəçi 34 yaşında vəfat edib.
Onun ölümünə səbəb bir müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyi olub. Rəhimov müalicə aldığı Türkiyədə vəfat edib.
Şəhriyar Rəhimov 2018-2019-cu illərdə Azərbaycan millisinin heyətində 9 oyunda iştirak edib. O, karyerası ərzində “İnter” (indiki “Şamaxı”), “Karvan”, AZAL, “Rəvan”, “Kəpəz”, “Zirə” və “Səbail” klublarının formasını geyinib. Rəhimov 2022-ci ilin əvvəlində, “Səbail”də olarkən karyerasını başa vurmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin