Azərbaycan millisinin keçmiş futbolçusu təhdid edilir – Rusiyaya görə

Gürcüstan milli komandasının futbolçusu Xviça Kvaratsxeliya Rusiyanın “Rubin” klubunun düşərgəsinə qayıtmaya bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Match” TV məlumat yayıb. Buna səbəb 21 yaşlı vingerin ailəsinin təhdid olunmasıdır.

Gürcülər Rusiyanın Ukraynaya hücumuna görə futbolçunun Kazan təmsilçisində oynamasını istəmirlər.

Bosniya və Herseqovina və Albaniya ilə yoxlama oyunları üçün Gürcustan millisinə dəvət alan Kvaratsxeliyanın hansı qərarı qəbul edəcəyi hələlik bilinmir.

Xviça Kvaratsxeliya Azərbaycan yığmasının sabiq futbolçusu Badri Kvaratsxeliyanın oğludur.

Xviça Kvaratsxeliya

Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button