Azərbaycan millisinin keçmiş futbolçusu Region Liqasında oynayacaq

Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasında davam etdirəcək.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Naftalan” klubuna keçib.

Budaq Nəsirov son olaraq “Karvan”ın formasını geyinib. O, daha əvvəl ölkəmizdə “Sumqayıt”, “Araz-Naxçıvan”, “Kəpəz”, “Turan Tovuz” və Portuqaliyada “Sportinq”in əvəzedici komandasında çıxış edib. Nəsirov 2016-cı ildə Azərbaycan yığmasının Andorra ilə qolsuz heç-heçə etdiyi yoldaşlıq matçında komandanın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button