Azərbaycan millisinin keçmiş baş məşqçisi “Sabah”da – Rəsmi

Azərbaycan millisinin sabiq baş məşqçisi Rimas Kurtinaytis “Sabah” basketbol klubunun baş məşqçisi təyin olunub.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 63 yaşlı litvalı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. Avropa basketbol tarixinin ən yaxşı “shooter”lərindən hesab olunan olimpiya və Avropa çempionu oyunçu kimi “Jalgiris” (Litva), ÇSKA (Rusiya), “Real” (İspaniya) klublarının şərəfini qoruyub.

Rimas Kurtinaytis 3 dəfə Avropa kubokunu qazanan yeganə məşqçi kimi adını tarixə yazdırıb. O, 2008/2009 mövsümündə “Letuvos Ritas” (Litva), 2011/2012 və 2014/2015 mövsümlərində isə “Ximki” (Rusiya) klubu ilə Avropa kubokunun qalibi olub. 2010/2011 mövsümündə “Ximki” ilə VTB Liqasında çempionluğu qazanıb. Kurtinaytisin məşqçi kimi hesabında VTB Liqasında 100-dən çox qələbə var.

Litvalı basketbol mütəxəssisi 2002-2006-cı illər aralığında Bakının “Qala” klubunun baş məşqçisi olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button