Azərbaycan millisinin keçmiş baş məşqçisi istefaya göndərildi

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç Livan yığmasında 2 aydan sonra istefaya göndərilib.

Komanda.az “Reuters”-ə istinadən xəbər verir ki, Livan Futbol Federasiyası xorvatiyalı mütəxəssislə yollarını ayırdığını açıqlayıb.

Qərar 2024-cü il yanvarın 12-də başlayacaq Asiya kubokuna hazırlıq zamanı qəbul olunub. Federasiya oktyabrın əvvəlində baş məşqçi postuna təyin etdiyi 57 yaşlı məşqçinin gedişini daha güclü mütəxəssis gətirmək istəyi ilə əsaslandırıb:

“Asiya kubokunda iştirak etməmişdən əvvəl ən yaxşı məşqçi heyətinin təyinatı üçün İcraiyyə Komitəsinin üzvləri bu qərara gəliblər”.

Yurçeviç 2019-cu ildə Azərbaycan millisini çalışdırıb. Yığma onun rəhbərliyi altında keçirdiyi 10 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heçə edib, 7-də məğlub olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button