Azərbaycan millisinin keçmiş baş məşqçisi ən az qiymətləndirilən futbolçuların siyahısında

Azərbaycan millisinin sabiq xorvat baş məşqçisi Robert Prosineçki futbol tarixində ən az qiymətləndirilən oyunçuların siyahısına salınıb.

Komanda.az xəbər verir ki, o, “GiveMeSport” portalının hazırladığı siyahıda beşinci yerdə qərarlaşıb.

İlk pillədə Danimarka millisinin keçmiş üzvü Mikael Laudrup yer alıb. O, karyerası ərzində “Yuventus” (İtaliya), “Barselona”, “Real” (hər ikisi İspaniya) və “Ayaks”da (Niderland) oynayıb.

İkinci yerdə Almaniyanın “Bayern” klubunun yarımmüdafiəçisi Tomas Müller qərarlaşıb. Üçüncü pillədə isə “Liverpul”un keçmiş yarımmüdafiəçisi Cordan Henderson yer alıb. İspaniyalı Dani Karvahal dördüncü olub.

Siyahıda digər yerlərdə Frank Riberi (Fransa), Serxio Buskets (İspaniya), George Haci (Rumıniya), Maykl Karrik (İngiltərə) və Rudi Föller (Almaniya) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button