Azərbaycan millisinin kapitanı koronavirusla mübarizədə ön cərgədə
Çimərlik futbolu üzrə Azərbacyan milli komandasının kapitanı Asif Zeynalov koronavirusla mübarizəyə qoşulub.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın “Facebook” səhifəsində məlumat yayılıb.
37 yaşlı yarımmüdafiəçi Bakı küçələrinin dezinfeksiya olunması işlərində yaxından iştirak edib.
Qeyd edək ki, Zeynalov həm də Fövqəladə Hallar Nazirliyində xilasedici kimi çalışır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin