
Azərbaycan millisinin İslamiada üçün heyəti açıqlanıb
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Heyətdə 12 oyunçu yer alıb:
Baş məşqçi: Faiq Qarayev.
Məşqçilər: Famil Ağayev, Ziya Rəcəbov, Emin Əbilov.
Oyunçular: Ayşə Abduləzimova, Aynur İmanova, Marqariya Stepanenko, Kseniya Pavlenko, Yuliya Kərimova, Bəyaz Quluyeva, Valeriya Kondratyeva, Anastasiya Bayduk, Ülkər Kərimova, Nilufər Ağazadə, Yelizaveta Burkova, Valeriya Burkova.
İslamiadanın açılış mərasimi noyabrın 7-də, bağlanış mərasimi isə 21-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



