Azərbaycan millisinin ilkin heyəti müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının mayın 26-da başlayacaq təlim-məşq toplanışı üçün ilkin heyəti müəyyənləşib.

Komanda.az xəbər verir ki, U-21-in baş məşqçisi Ayxan Abbasov 30 futbolçuya dəvət göndərib.

“Sabah”ın üzvü Elgün Dünyamalıyev mayın 31-də keçiriləcək Azərbaycan kubokunun final oyunundan sonra millinin düşərgəsinə qoşulacaq.

Komandamızın Belarus və Monteneqro yığmalarına qarşı keçiriləcək yoldaşlıq görüşləri üçün yekun heyəti mayın 31-də məlum olacaq.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində iyunun 4-də Minskdə yerləşən Baranoviçi şəhər stadionunda Belarusun, iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

U-21-ə dəvət olunan futbolçularla tanış ola bilərsiniz:

Adı / SoyadıKlubu
1Rəvan MirzəmmədovSabah
2Xəyal FərzullayevSumqayıt
3Həbib HüşənovQəbələ
4Səlim HəşimovZirə
5Elgün DünyamalıyevSabah
6Raul MəmmədovMingəçevir
7Nadir OrucovSumqayıt
8Amin RzayevQarabağ
9İbrahim RamazanovQəbələ
10Ayxan SüleymanlıSumqayıt
11Emin RüstəmovSəbail
12Sənan MuradlıSumqayıt
13Nuğay RəşidovQəbələ
14Rüfət AbbasovŞamaxı
15Hikmət CəbrayılzadəQarabağ
16İbrahim HacıQarabağ
17Dinamin BağırovTuran Tovuz
18Elcan ƏbilovNeftçi
19Şahin İbrahimovSabah
20Murad MəmmədovNeftçi
21Nihad ƏhmədzadəSumqayıt
22Həsən NəzərliAnkaragücü (Türkiyə)
23Edqar AdilxanovŞamaxı
24Emil SüleymanovQəbələ
25Oruc MəmmədovSəbail
26Elcat MəmmədovBaltika (Rusiya)
27Sadiq BaqiyevSKA Xabarovsk (Rusiya)
28Sadiq ŞəfiyevKəpəz
29Nihat MehrəliyevQarabağ
30Ağadadaş SalyanskiyNeftçi
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button