Azərbaycan millisinin hücumçuzu zədəsini sağaltdı
Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov zədəsini sağaldıb.
Komanda.az xəbər verir ki, o, “Ankaragücü”nün heyətində məşqlərə başlayıb.
Renat komandanın bugünkü hazırlığında iştirak edib. Onun qarşıdakı oyunlarda tədricən forma şansı qazanması gözlənilir.
Xatırladaq ki, oktyabrın 21-də əməliyyat olunan 25 yaşlı futbolçu bu mövsüm Türkiyə klubunun heyətində 9 oyunda 2 qol vurub.
Dadaşovun komandası 1-ci Liqasının 13-cü turunda “Gənclərbirliyi” ilə üz-üzə gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin