Azərbaycan millisinin hücumçusu Türkiyə klubundan ayrıldı
Azərbaycanın U-21 millisinin hücumçusu Mustafa Yıldırım klubsuz qalıb.
Komanda.az xəbər verir ki, türkiyəli hücumçu “İstanbulspor”dan ayrılıb. 20 yaşlı futbolçu klubdan ayrılması barədə sosial şəbəkədə paylaşım edərək, bunları yazıb:
“İstanbulspor”la olan sözləşməmə qarşılıqlı razılıq əsasında xitam verildi. Bu günə qədər mənə etdikləri hər şey üçün kluba təşəkkür edirəm”.
Əsas komandada oynamaq şansı qazanmayan forvardın bundan sonra hansı komandada oynayacağı məlum deyil.
“Alanyaspor”un yetirməsi olan Mustafa “İstanbulspor”la müqavilə imzalasa da, “Pazarspor”da icarə əsasında çıxış edib.
Mustafa Yıldırım Azərbaycanın U-19 millisində də oynayıb.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin