Rüfət Dadaşovun ABŞ klubu ilə müqaviləsinin müddəti bilindi
Azərbaycan millisinin hücumçusu Rüfət Dadaşovun “Feniks Rizinq” klubu ilə imzaladığı müqavilənin müddəti məlum olub.
Komanda.az xəbər verir ki, 28 yaşlı futbolçunun yeni klubu ilə olan sözləşməsi 2020-ci ilin sonuna kimi nəzərdə tutulub. Bu barədə ABŞ mətbuatı məlumat.
“Feniks Rizinq” artıq Dadaşovun oynaması üçün lisenziyasını da alıb. 2-ci liqa təmsilçisi federasiyaya 2020-ci il üçün sifariş etdiyi 7 yeni oyunçusu içərisində hücumçunun da adını qeyd edib.
Rüfət Dadaşov Almaniyanın “Proysen” klubundan “Feniks Rizinq”ə keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin