Ramil Şeydayev “Sabah”dan ayrıldı!
Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev “Sabah”dan ayrılıb.
Komanda.az saytının əldə etdiyi məlumata görə, 25 yaşlı hücumçunun klubla müddəti bitən müqaviləsini yenilənməyib. Şeydayev, karyerasını ölkə xaricində davam etdirmək istədiyi üçün belə qərar verib.
Şeydayev 2020-ci ilin fevralından “Sabah”da çıxış edirdi. Azərbaycan milli komandasının da üzvü olan hücumçu Bakı klubunda 29 oyunda 6 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin