Azərbaycan millisinin hücumçusu rəmzi komandada

İsveçrə Super Liqasında mövsümün ilk dövrəsinin rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, rəmzi heyətdə “Qrasshoppers”də çıxış edən azərbaycanlı hücumçu Renat Dadaşov da yer alıb.

Azərbaycan yığmasının da üzvü olan forvard bu mövsüm İsveçrə çempionatında 15 oyunda 4 qol vurub, 1 məhsuldar ötürmə edib.

“Qrasshoppers” Super Liqada 16 turdan sonra 20 xalla 7-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button