Azərbaycan millisinin hücumçusu rəmzi komandada

Futbol üzrə Ukrayna Premyer Liqasında 6-cı turun rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, ən yaxşı 11 futbolçu arasında “Minay”da çıxış edən Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadə də yer alıb.

21 yaşlı forvard evdə Donetsk “Şaxtyor”u ilə 1:1 hesablı heç-heçə etdikləri matçın 76-cı dəqiqəsində fərqlənərək, komandasını məğlubiyyətdən xilas edib. O, qonaqların futbolçusu Marlonun qırmızı vərəqə ilə meydandan qovulmasında da yaxından iştirak edib.

Qeyd edək ki, 5 turdan sonra 5 xalı olan “Minay” 16 komanda arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button