İlin ən yaxşı legioneri – Mahir Emreli!
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa “Legiya”sında ilin ən yaxşı legioneri seçilib.
Komanda.az xəbər verir ki, 24 yaşlı futbolçu azarkeşlər arasında keçirilən sorğuda 42 faiz səslə qalib olub. Bu barədə Varşava təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Serbiyalı müdafiəçi Filip Mladenoviç 39 faizlə ikinci, çexiyalı forvard Tomaş Pekqart 19 faiz səslə üçüncü olub.
Mahir bu mövsüm “Legiya”da 33 oyunda 11 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin