Azərbaycan millisinin hücumçusu “Krasnodar”da – rəsmi
Azərbaycanın qadınlardan ibarət milli komandasının futbolçusu Sevinc Cəfərzadə Rusiyanın “Krasnodar” klubuna keçib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanılıb. Cəfərzadə sözləşməyə azad agent statuslu oyunçu kimi imza atıb.
O, əvvəllər “Lənkəran”, “Fidan”, “Zaqatala”, Almaniyanın “Gerenberq”, BƏƏ-nin “Abu-Dabi”, Rusiyanın “Donçanka” və “Yenisey” klublarının formasını geyinib. Hücumçu 2008-ci ildən Azərbaycanın U-17, U-19, U-21 yığmalarında çıxış edib. Cəfərzadə əsas milliyə 2010-cu ildən dəvət alır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin