
Azərbaycan millisinin heyətində dəyişiklik olub
Futzal üzrə AÇ-2026-nın əsas mərhələsində İsveçlə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik olub.
Komanda.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, zədəli Kənan Manafovu Emil Həsənzadə əvəzləyib.
Azərbaycan – İsveç matçı dekabrın 17-də Bakı İdman Sarayında, saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin