
Azərbaycan millisinin heyətində dəyişiklik edilib
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik edilib.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.
Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.
U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin