Azərbaycan millisinin heyəti açıqlanıb – SİYAHI

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsinin son iki turunda Macarıstan və İsveçrə yığmalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, millimiz bu gündən iyulun 7-dək Bakıda gündə iki dəfə olmaqla məşqlər keçəcək. İyulun 8-də isə matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına başlanılacaq.

Toplanışa dəvət olunan futbolçuların siyahısı:

SAD/SOYADKLUB
1Aytac ŞərifovaTrabzonspor (Türkiyə)
2Nərgiz ƏliyevaKDZ Eregli Spor (Türkiyə)
3Günay İsmayılovaNeftçi
4Mehriban ŞahməmmədovaNeftçi
5Nigar MirzəliyevaZenit (Rusiya)
6Nərgiz HacıyevaAktobe (Qazaxıstan)
7Manə MollayevaNeftçi
8Ayşən ƏhmədovaKrılya Sovetov (Rusiya)
9Alina DorofeyevaYenisey (Rusiya)
10Diana MəmmədovaYenisey (Rusiya)
11Fidan CəfərovaBaku Juniors
12Vüsalə HacıyevaAmedspor (Türkiyə)
13Kamilla MəmmədovaOkjetpes (Qazaxıstan)
14Firəngiz TeymurovaNeftçi
15Jalə MəhsimovaBəylərbəyi Spor (Türkiyə)
16Yeliz AcarFatih Vətən (Türkiyə)
17Peritan BozdağFatih Vətən (Türkiyə)
18Esra ManyaBeşiktaş (Türkiyə)
19Kristina BakarandzeQalatasaray (Türkiyə)
20Coşqunə ƏliyevaNeftçi
21Sevinc CəfərzadəEastern Flames (Səudiyyə Ərəbistanı)
22Milana RəhimovaNeftçi
23Nazlıcan ParlakQalatasaray (Türkiyə)
24Vüsalə SeyfəddinovaOlimpiada Imittou (Yunanıstan)

Azərbaycan millisi iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button