
Azərbaycan millisinin heyəti açıqlanıb
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-19 noyabrın 6-dan 9-dək Bakıda təlim-məşq toplanışı keçəcək.
Komandaya dəvət edilən futbolçuların siyahısı:
| S. | Ad/Soyad | Klub |
| 1 | Sadiq Məmmədzadə | Qarabağ |
| 2 | Səlim Həşimov | Zirə |
| 3 | Hüseyn Hüseynov | Turan Tovuz |
| 4 | Nihad Əliyev | Qarabağ |
| 5 | Kənan Feyziyev | Sumqayıt |
| 6 | Məhəmməd Məmmədli | Neftçi |
| 7 | Surxay Nəbiyev | Sabah |
| 8 | Emil Bünyadzadə | Qarabağ |
| 9 | Nadir Orucov | Sumqayıt |
| 10 | Qədir Ramazanov | Qəbələ |
| 11 | Elgün Dünyamalıyev | Sabah |
| 12 | Şahin İbrahimov | Sabah |
| 13 | Sənan Muradlı | Sumqayıt |
| 14 | Əşrəf Ələkbərli | Qarabağ |
| 15 | Murad Məmmədov | Neftçi |
| 16 | Hikmət Cəbrayılzadə | Qarabağ |
| 17 | Nihad Əhmədzadə | Sumqayıt |
| 18 | İlkin Cəfərli | Sabah |
| 19 | Həsən Nəzərli | Ankaragücü (Türkiyə) |
| 20 | Nihad Orucəli | Sumqayıt |
Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupda yer alan Elxan Abdullayevin baş məşqçisi olduğu komanda noyabrın 10-dan 20-dək Kişinyovda İslandiya, İrlandiya və Moldovanın müvafiq yaş qrupundan ibarət komandaları ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



