Azərbaycan millisinin hazırlıq planı məlum olub

UEFA Millətlər Liqasında İsveç və Slovakiya ilə qarşılaşacaq Azərbaycan milli komandasının hazırlıq proqramı məlum olub.

Komanda.az xəbər verir ki, yığmamız sentybarın 2-də toplanışa başlayacaq. Məşqlər ayın 4-nə kimi “Qarabağ Arena”da keçirəcək.

Həmin gün saat 19-00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqə çıxılacaq.

Fernandu Santuşun rəhbərlik etdiyi komanda sentyabrın 6-da 16:00-da Slovakiyaya yola düşəcək. Ayın 7-də Koşitse Futbol Arenasında məşq olacaq. Oyundan sonra isə milli geri dönəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button