Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Azərbaycanın kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Gümüş Avropa Liqası üçün yekun heyəti məlum olub.

Bu barədə Komanda.az-a Voleybol Federasiyasından məlumat verilib.

Baş məşqçi Fərid Cəlalov, köməkçiləri Akif Vəliyev və Cəlil Cəlilovla birlikdə 12 voleybolçuya şans verəcək.

Hücumçular: Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Vüsal Qurbanov.

Blokçular: Aslan Həmidov Mərdan Məmmədov, Dmitri Baranov, Ramazan Ağabəyov.

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou.

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov.

Azərbaycan millisi Gümüş Avropa Liqasında ilk oyunlarını 6-8 iyun tarixlərində İsveçdə keçirəcək. Fərid Cəlalovun rəhbərlik etdiyi komandanın rəqibləri ev sahibi ilə yanaşı, Gürcüstan yığması olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button