Azərbaycan millisinin üzvü Niderland klubu ilə rəsmi müqavilə imzaladı
Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçünün Niderlandın “Telstar” klubuna keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Ozan Can Kökçünün son klubu “Sabah” olub. Yarımmüdafiəçi Azərbaycanın U-21 yığmasında 17 oyuna çıxıb.
“Telstar” Niderlandın 2-ci liqasında mübarizə aparır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin