Emil Balayev Norveç klubunun düşərgəsində – “Yaxından görmək üçün buraya gətirdik”
Azərbaycan millisinin futbolçusu Emil Balayev Norveçin “Bude-Qlimt” klubunda baxışdadır.
Komanda.az “eurosport.no” saytına istinadən xəbər verir ki, bu barədə klubun qapıçılar üzrə məşqçisi Yonas Ueland Kolstad “Avisa Nordland” nəşrinə açıqlama verib. 44 yaşlı mütəxəssis, Balayev haqda fikirlərini bildirib:
“Emil Balayev Avropa çempionatının seçmə mərhələsi də daxil olmaqla, Azərbaycan millisinin beynəlxalq oyunlarında iştirak edib. Biz bir müddətdir ki, onu izləyirik və məşqdə yaxından görmək üçün buraya gətirdik.
Emillə bağlı həyəcanverici bir şey var. Daha əvvəl və məşq zamanı gördüklərimizi, həmçinin bu gün komandadaxili matçda gördüklərimizi nəzərdən keçirəcəyik. Sonra isə nə olacağını görəcəyik”.
Bir müddət əvvəl “Tobol”la yollarını ayıran Emil, hazırda azad agent statusu daşıyır.
Bizi Facebook-da izləyin