Azərbaycanlı futbolçu Bolqarıstan klubunda tibbi müayinədən keçdi

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov Bolqarıstanın “Arda” klubunda tibbi müayinədən keçib.

Komanda.az xəbər verir ki, bu barədə 20 yaşlı müdafiəçi “instaqram” hesabında paylaşım edib.

Hüseynovun Bolqarıstan klubu ilə üç illik müqavilə imzalayacağı gözlənilir.

2020-ci ildən “Zirə”nin əsas komandasında yer alan Cəlal Hüseynov ötən mövsüm icarə əsasında “Şamaxı”nın formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button