Azərbaycan millisinin forvardından 10-cu qol

DÇ-2020-nin əsas mərhələsi çərçivəsində Monteneqro ilə keçirilmiş oyun futzal üzrə Azərbaycan millisinin hücumçusu Bolinya üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, o, millinin forması altında DÇ-lərdə 10-cü qolunu vurub.

2016-cı ildən Azərbaycan millisinə cəlb edilən hücumçu 7 qolu həmin il Kolumbiyada keçirilmiş dünya çempionatının final mərhələsində rəqib qapılarından keçirib. Hazırkı seçmə mərhələdə isə hücumçu Moldova ilə görüşdə dubl edib, Monteneqronun qapısına isə bir dəfə yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button